NASA 2028-ci ilin sonuna qədər ilk dəfə Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, sözügedən aparat “Space Reactor-1 Freedom” adını daşıyır.
Aparat Marsa çatdıqdan sonra NASA səthin tədqiqi üçün planetə bir neçə helikopter də buraxacaq.
Qeyd olunub ki, bu, nüvə hərəkət texnologiyasının dərin kosmos missiyalarında istifadə edilə biləcəyini nümayiş etdirmək məqsədi daşıyır.
Son xəbərlər
Son Xəbərlər