Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev hadisə yerində həyatlarını itiriblər. Bildirilir ki, dünyasını dəyişən şəxslər qardaş olublar.
Qəza zamanı 1991-ci il təvəllüdlü Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər