Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində nasaz avtomobilini təmir edən 1964-cü il təvəllüdlü Saleh Qurbanovu arxadan gələn “Volkswagen” markalı sərnişin daşıyan mikroavtobus vurub.
Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər