Kafedə yediyi göbələkdən zəhərləndi

kafede-yediyi-gobelekden-zeherlendi
Oxunma sayı: 464

Tərtər rayonunda zəhərlənmə qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 22-si saat 17 radələrində qeydə alınıb.

Şıxarx qəsəbə sakini 1977-ci il təvəllüdlü Yalçın Qasım oğlu Atakişiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir. Onun qəsəbə ərazisində yerləşən kafelərdən birində yediyi göbələkdən zəhərləndiyi bildirilir. 

Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.