Gəncədə qadın körpüdən yıxılaraq yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə-Bakı avtomobil yolunda Nizami Gəncəvinin məqbərə-kompleksinin körpüsündə qeydə alınıb.
Belə ki, xəsarətlər alan 2002-ci il təvəllüdlü Zinyət Əşrəfova xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma başlanılıb.
***
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, bu gün saat 14:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Yunis Quliyev





Son xəbərlər
Son Xəbərlər