“Bugünkü yağış sübut etdi ki, hakimiyyət...”

bugunku-yagis-subut-etdi-ki-hakimiyyet
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri AXCP sədrinin müavini Razi Nurullayev “Facebook” hesabında yağışın yaratdığı vəziyyətə münasibət bildirərkən deyib: “Çünki, hər şey plansızdır. Necə olurdu ki, Sovet vaxtı bu problemlər bu dərəcədə yaşanmırdı? Məgər o vaxt yağış, qar yağmırdı? Sovetlərin qoyub getdiyini də məhv etdilər. Çünki, kanalizasiya, su şırnaqları və s. nəzərə alınmadan işlər aparılıb. Yolu kəsib ev tikiblər, ofis yaradıblar. Necə? Rüşvətin gücü ilə. Yollar asfaltlanıb, kanalizasiya xətləri isə məhv edilib, ya da basdırılıb. "Azərsu" indi təzədən tikir. Bu tikinti isə milyardlar yeyəcək və hələ yaxın illərə heç nə gözləməyin. Etirazımızı niyə bildirməyək?. Etiraz edək və çağırışa qoşulaq!"