“David Qareci” problemi böyüyür

david-qareci-problemi-boyuyur
Oxunma sayı: 657

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bəyan edib. Onun sözlərinə görə, ərazilərin delimitasiya və demarkasiyası ilə məşğul olan komissiya işləri davam etdirir. Kalandadze monastrın bir neçə gün əvvəl Azərbaycan sərhədçiləri tərəfindən tutulan hissəsinin sovet dövründən bəri Azərbaycanın nəzarətində olduğunu etiraf etsə də, o, danışıqları davam etdirməyə çağırıb. Mayın 20-də isə Tiflisdə monastrın müdafiəsi ilə bağlı mitinqin keçiriləcəyi deyilir.

Qeyd edək ki, mayın 6-da Azərbaycan sərhədçiləri qədim alban abidəsi olan “David Qaraca” monastrının Azərbaycana aid hissəsinə keçərək oranı nəzarətə götürmüş və həmin əraziyə gürcü turistlərin gəlişinə qadağa qoymuşdu.

Səidə