“Əgər Hacıxanım olmasaydım...” - Fotosessiya

eger-hacixanim-olmasaydim-fotosessiya-
Oxunma sayı: 678




Ruhinin “Ay və Gün” jurnalına müsahibəsi

Şou-biznesdən gedəndən sonra çox nadir hallarda gündəmdə görünən Ruhi xanımın yeni sosial telelayihə ilə qayıdacağı gözlənilsə də, o , bu yaxınlarda İctimai kanalda yekunlaşan “Şou No 1” telelayihəsinin əsas dəstəkçisi kimi gündəmə gəldi. “Şou No 1” “Emerald” butiikinin sponsorluq etdiyi ilk layihə olsa da, sonuncu olmayacaq. Bunu Ruhi xanım jurnalımıza kiçik müsahibıəsində təsdiqlədi.

- Necə oldu ki, belə bir layihəyə dəstək oldunuz və nəticədə bu layihədən razı qaldınızmı?
- Əslində, bu telelayihədən xəbərsiz idim. Təsadüf nəticəsində öyrəndim və dəstəkləmək qərarına gəldim. Deyə bilərəm ki, yarışma ürəyimcə oldu. Şəxsən özüm də müşahidələr apardım, izləyicilər bu verilişdən zövq aldıqlarını bildirdilər. Burada tək əyləncə deyil, həm də milli və dünya rəqslərinin təbliği vardı.

- Sirr deyilsə, əvvəlcədən favoritinizin adını açıqlamışdınızmı?
- Böyük məmnuniyyətlə deyə bilərəm ki, bir mənalı olaraq Könül xanım idi. Bu layihədə mənim dostlarım çox idi: Anar Ağakişiyev, Kamilə Babayeva. Amma yarışma başlayarkən, Bakıda deyildim və Könülün ilk çıxışını izləmədim. Qayıdandan sonra gördüm ki, hamı onun rəqslərindən danışır. Hətta bu xanımın peşəkar rəqqasə olduğunu güman edirdilər. Amma mən bilidim ki, Könül heç vaxt rəqslə məşğul olmayıb və bu qabiliyyəti “gizli istedad” adlandırmaq olar. Onun hər çıxışı rezonanasa səbəb olurdu.

- Demək, seçimizin münsiflərin rəyi ilə üst-üstə düşdü.
- Tamamilə. Onu da deyim ki, əgər Könül birinci olmasaydı, mən münsiflərə öz iradımı bildirəcəkdim. Hətta Muradla Kamilə qalib sayılsalar da, özləri də Könülü birincui yerdə görürdülər.

- Layihənin davamı gözlənilir. Burada “Emerald”ı görəcəyikmi?
- Sentyabr ayında “Şou No 1” yeni buraxılışla çıxacaq, amma bir qədər fərqli formatda. Bu dəfə hədiyyə özəlliyi ilə seçiləcək. Qalibə “Emerald”dan eksklüziv boyunbağı təqdim olunacaq. Artıq sifariş verilib. Bu boyunbağı təbii daşlar və brilliantdan hazırlancaq.

- Kimləri o layihədə görmək istərdiz?
- İnanın, əgər Hacıxanım olmasaydım, özüm də qatılardım. İtərdim ki, çox dəyər verdiyim Brilliant Dadaşova, Aygün Kazımova, Röyanı bu yarışmada görüm.

- “Şou No 1”dən sonra yəqin sponsorluq üçün çox təkliflər alırsız.
- Təbii ki, olur. Hər layihəyə də “Hə” demək olmaz. Ancaq razılaşdığım bir layihə var. 2013-cü ildə analoqu olmayan beynəlxalq miqyaslı bir layihə təqdim edəcəm. Bildiyimiz kimi, 2012-ci ildə Azərbaycan Avroviziya yarışmasına ev sahibliyi edəcək. Növbəti ildə isə mənim təqdimatımda daha bir beynəlxalq layihə bakıda keçiriləcək. Artıq bu istiqamətdə hazırlıq işlərinə başlamışıq.

- Bəs teleməkanda böyük bir sosial layihə ilə görünəzcəyiniz açıqlamışdız.
- Bu layihə hələ də qüvvəsində qalır. Layihənin uğurlu alınması üçün ciddi işlər aparırıq. Mənim üçün əsas məsuliyyətdir. Ola bilsin, bu mövsümdə veriliş tamaşaçıların ixtiyarına veriləcək.