Belə yol qəzası fimlərdə olur

bele-yol-qezasi-fimlerde-olur
Oxunma sayı: 1374

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, iyulun 7-də saat 23.00 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində Elnur Həsənov “Hyundai Santa Fe” markalı avtomaşını arxaya verərkən oğlu, azyaşlı  Mübarizi vurub və onu xəstəxanaya apararkən Maştağa-Zabrat şosesində avtomaşınını qarşıda gedən Bakı şəhər sakini Vidadi Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşına çırpıb. nəticədə V. Qasımovun xəsarət alan sərnişinləri, anası Xədicəyə, arvadı Səadətə və Sevda Bayramovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Mübariz isə ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.