“Əli İnsanova və Fərhad Əliyevə işgəncə verilmir”

eli-insanova-ve-ferhad-eliyeve-isgence-verilmir
Oxunma sayı: 644

Bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirib. Son vaxtlar Qobustan həbsxanasında cəza çəkən məhkumlara işgəncə verilməsi ilə bağlı yayılan məlumatlar həqiqətdən uzaq olduğunu deyən Mədət Quliyev, bunu məhkumların uydurması adlandırıb.

“Qobustan həbsxanasında qətiyyən işgəncə faktı yoxdur. Orada saxlanılan məhkumların əksəriyyəti ömürlük azadlıqdan məhrum ediliblər. Ona görə də ətraflarında olaylar yaşanmasını istəyirlər və bu məqsədlə belə müraciətlər yayırlar”, - deyə M.Quliyev vurğulayıb.

M. Quliyev jurnalistlərin suallarına cavab olaraq, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova cəzaçəkmə müəssisəsində işgəncə verilməsi barədə yayılan məlumatlara da münasibət bildirib: “Nə Əli İnsanova, nə də Fərhad Əliyevə, nə də digər məhbuslara işgəncə verilmir. Onlar da digər məhkumlar kimi yaşayırlar, onların da durumu digər məhkumların durumu kimidir. Ola bilsin ki, onlar özlərinə imtiyaz istəyirlər. Amma heç bir məhkuma imtiyaz verilmir”.