“Ən xoş arzularımı çatdırıram”

en-xos-arzularimi-catdiriram
Oxunma sayı: 665

“Türk dünyasının qədim bayramı olan Novruzun gəlişi münasibətilə bütün Azərbaycan xalqını səmimi hisslərlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Xalqımızın uzun əsrlər boyu qadağalara, çətinliklərə baxmayaraq qoruyub saxladığı və tarixi keşməkeşlərin sınağından çıxararaq, günümüzə qədər daşıdığı bu bayram baharin gəlişini, təbiətin oyanışını müjdələyən, ümidlərlə dolu başlangıçların, bolluq ve bərəkətin simvolu olmaqla, ölkləmizdə geniş qeyd edilməkdədir. Novruz bayramı, minlərldir ki, Asiyadan Balkanlaradək, Orta Şərqdən Anadoluya qədər geniş bir coğrafiyada yaşayan xalqların ortaq mədəni zənginliyinnin timsalıdır. Bu mənada Novruz bayramı xalqları bir-birinə bağlayan güclü, mədəni bağ rolunu oynayır.

Novruz eyni zamanda, zəngin daxili məzmunu ilə oyanışa, sülhə, dostluğa, birlik və mehribanlığa çağıran bir mərasimdir.

Bir daha bütün vətəndaşlarımızıızı, dünyanın müxtəlif ölklərində yaşayan soydaşlarmızı Novruz bayramı münasibətilə təbrik edir,işğal altında olan ərazilərimizin azad olunması diləyi ilə bu bayramın rifah, firavanlıq və xoşbəxtliyin hakim olduğu daha gözəl günlərin başlangıcı olmasını arzu edirəm".