Berti Foqts və Əbülfəs Qarayev sərgidə - Fotolar

berti-foqts-ve-ebulfes-qarayev-sergide-fotolar
Oxunma sayı: 637

“Qafqazinfo” affa.az saytına istinadən xəbər verir ki, Sərgidə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti geniş tərkibdə iştirak edib.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 104 kv.m sahədə lövhə quraşdırılıb. Bundan əlavə, 30 kv.m-lik sahədə "Ekologiya" stendi və 21 kv.m-lik sahədə "Mədəniyyət" stendi təşkil olunub. Sərgiyə gələn ziyarətçi və iştirakçılara nümayiş etdirmək və paylamaq üçün əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.

Sərginin ikinci günündə Azərbaycanla bağlı forum keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan barədə danışıb, forum iştirakçılarının suallarını cavablandırıblar. Forumda Azərbaycanda çalışan Almaniya vətəndaşları ölkəmiz haqda məlumat veriblər.

Tədbirdə Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və Berlində yaşayan azərbaycanlılardan ibarət "Azəri" U-13 komandasının üzvləri də iştirak edib.