Beşinci dəfə Azərbaycan çempionu oldu

besinci-defe-azerbaycan-cempionu-oldu
Oxunma sayı: 650

“Qafqazinfo”nun AzərTAc-a istinadən məlumatına görə, yarışda həm seniorkalar, həm də 1997-1999-cu il təvəllüdlü – ümumilikdə 23 idmançı mübarizə aparmışdır.

Seniorkaların mübarizəsində Aliyə Qarayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Lalə Yusifova ikinci, Ayşə Mustafayeva isə üçüncü olublar. Ardıcıl 5 ildir Azərbaycan çempionu olan Aliyə Qarayeva bu dəfə də titulunu qoruyub. A.Qarayeva çempionatda avqustun əvvəlində London Yay Olimpiya Oyunlarında təqdim edəcəyi proqramla çıxış edib.

1997-1999-cu il təvəllüdlü gimnastların yarışında isə Nilufər Niftəliyeva qızıl, Mənsurə Bağıyeva gümüş, Gülsüm Şəfizadə isə bürünc medal qazanıb.

Yarışı Azərbaycan, Latviya, Serbiya, Sloveniya, Cənubi Afrika Respublikası və Meksikadan olan hakimlər briqadası idarə etmişdir. Çempionatın baş hakimi isə Nataliya Bulanova (Azərbaycan) olub.

Çempionatda “Neftçi”nin gimnastları ilə yanaşı, Respublika Kompleks İdman Məktəbi və “Sərhədçi” “Spartak” cəmiyyətlərinin idmançıları, habelə Bakı Gimnastika Məktəbinin, Gəncə, Sumqayıt və Xırdalan gimnastları da yarışıblar.