Zaqataladakı dönərxananın sahibi danışdı - Video

zaqataladaki-donerxananin-sahibi-danisdi
Oxunma sayı: 7166

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə etdiyi bildirilib.

“Qafqazinfo” xəbər verir ki, Baku TV Zaqatala rayonunda fəaliyyət göstərən dönərxanalardan birinin sahibi Rəsul Fətəliyev ilə həmsöhbət olub.

O bildirib ki, həmin gün 200 ədəd dönər satılıb:

“Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur”.

Qeyd edək ki, hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir. 

Daha ətraflı süjetdə: