Beşmərtəbəli binada yanğın olub

besmertebeli-binada-yangin-olub
Oxunma sayı: 900

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m2 olan 1 otaqlı mənzildə 6 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.