İctimai Palata antiislam bəyanatın müəlliflərinə cavab verdi

ictimai-palata-antiislam-beyanatin-muelliflerine-cavab-verdi
Oxunma sayı: 653

Musavat.com-a daxil olan mətndə İP KŞ cəmiyyətdə bir qrup ziyalıların imzası ilə Rafiq Tağının qətli və İslam dini ilə bağlı yayılan ziddiyyətli açıqlama ilə əlaqədar aşağıdakıları bildirməyi vacib bilir:

Koordinasiya Şurası fərqli mövqe, fikir və düşüncələrin ifadəsi azadlığına birmənalı şəkildə tərəfdar olaraq, eyni zamanda hər bir polemikanın qarşılıqlı hörmət, dözümlülük, milli, mənəvi, dini dəyərlərə hörmət prinsiplərinə əməl edilərək aparılmasını arzu edir və bütün tərəfləri buna dəvət edir. İnsanların şərəf və ləyaqəti, etiqadı və dini inancları, o cümlədən Azərbaycan xalqının əsas dəyərlərindən olan İslam dini ilə bağlı həqarətli və həssasiyyətləri zədələyən fikir və mülahizələrin yayılması yolverilməzdir.

Koordinasiya Şurası həmçinin diqqəti indiki situasiyada bu tipli nəzəri müzakirələrin kəskinləşəcəyi halda cəmiyyəti demokratiya və siyasi islahatlar uğrunda mübarizədən yayındırmaq üçün istifadə edilə biləcəyi təhlükəsinə cəlb edir.

Koordinasiya Şurası Rafiq Tağının qatillərinin cəzalandırılması və bu mövzuda hər cür spekulyasiyalara son qoyulması üçün hakimiyyət orqanlarından ən tez bir zamanda bu mənfur qətlin üstünün açılmasını bir daha tələb edir.