Bir gündə 47 cinayət törədildi

bir-gunde-47-cinayet-toredildi
Oxunma sayı: 645

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, hadisələrdən 16-sı “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalan 2 cinayətin üstü açılıb. Həmin xəbərləri təqdim edirik:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.