Bir qab yemək üçün həbsə qayıtmaq

bir-qab-yemek-ucun-hebse-qayitmaq
Oxunma sayı: 2479

Raminə Eyvazqızı

Bir nəfərin yaxın qohumu ölkə rəhbərinin əfv fərmanına uyğun olaraq azadlığına qovuşanlardandır. Həmin tanışın sözlərinə görə, keçmiş məhkumun vəziyyəti pərişandır. Və bu pərişanlığın səbəbi adamda hər hansı sual da doğurmur. Çünki azadlıqda olan kəslərin çoxusunun evdə “başçı”, “kişi” kimi sözü keçmir…

Kişilər sosial vəziyyətin ağırlığı, halal qazancı şir ağzında olması səbəbindən gözükölgəli gəzirlər. Daimi iş sahibi olmaq kimi dərdləri var. İşi olanlar çox halda psixoloji gərginliklərlə gününü yola verirlər, bəzisinin işi düz getmir, dollar-manat “güləş”ini izləmək əsəbləri çarmıxa çəkir. İndi uzun müddətdən sonra ailə ahətəsini həbsə udanların azadlığı da çərçivəlidir.

Həbsdən can qutarana verilən bəxtəvərlik dəyərsizləşib. Evinə dönən, “evin kişisi” statusunu bərqərarı üçün nə etməlidir? Qayıdanın təkcə varlığı belə nadir ailə üçün səmimi xöşbəxtlikdi, qaneedicidir. Ailə həbsdən dönmüşdən lənətəgəlmiş pul, bazarlıq, geyim-keçim gözləyəcək. Bir- iki həftə, ay keçəndən sonra mütləq istəyəcək. Keçmiş məhkum damğası ucbatından sınacaq, ailə ücün çalışmaq istəyəcək və usanacaq…

Bayaq söhbətini açdığım şəxs kimi “həbsdə ən azı gündə 3 kərə pulsuz yemək verilir” təsəllisinə qapılacaq. Bu arzuya ailə məsuliyyətindən qaçmaq adını verə də bilmirsən. Təəssüf ki, həbsdən çıxanın bəzisinə “azadlıq” dar gəlir, cinayət edib yenidən “türmə” havasıyla nəfəs almalı olur. İndi başa düşürsən ki, həbsdən çıxanlar niyə sevinə bilmirlər. Məhkum həyatı (haqlı, haqsız) yaşamışın aqibəti bizim ölkədə həmişə dərdi çəkilməyən məsələlərdən biri olub. Bir uşaq evindən çıxanlar, bir də məhkum adı almışların taleyi həmişə göy əskiyə bükülmüşlər sırasındadır. Onların sonrakı həyatı heç kəsə maraqlı deyil.

Yenə işlə təminat məsələsinə gəlib çıxırıq. İlin günün bu vaxtında ən nüfuzlu şirkətlərdə belə kütləvi ixtisarlar gedir. Avropanın işsizliyini özünə təsəlli edənlər, heç bilirsiz, həmin ölkələrdə işdən çıxarılana “sabahdan işə gəlmə” demirlər? Təzminatla təmin edilən işsiz, növbəti işini tapana qədər dövlətdən aylıq müavinət alır. Misal üçün, Norveçdə bu məbləğ 2700 avrodur. Deyilənə görə, bizdə də bu rəqəm 55 manatdan 77 manata qalxacaq. Bu məbləğ həmin işsizin hansı ehtiyacına yarayacaq bilmirəm, amma dəqiq pessimist ruhlu insanların yetişməsinə rəvac verəcək.

Hər il yarıtmaz Statistika Komitəsinin işsizlərin sayı ilə bağlı reallığı əks etdirməyən göstəricilərini görürük. Artıq nazirliklərin də əmək yarmarkaları təşkil etməyə nə üzü var, nə də cəsarəti. İqtisadiyyat Naziri özünün belə inanmadığı sözləriylə hamıya iş-güc vəd edir. İxtisarların qarşısı alınmamış bu necə baş tutacaq, çox müəmmalıdır.

Ölkə rəhbərinin monopoliyanı tənqid etməsinə qulaq verən yoxdur. O monopoliya ki, onun canını alsaq qalib olasıyıq. Amma heyvan yemi belə istehsal edə bilməyən ölkəmizin işsiz böhranı yaşaması normaldır. Tək kənd təsərrüffatını-çayçılıq, pambıqçılıq, baramaçılıq, tütünçülük kimi sahələri diriltməklə uda bilərik. Bunu təhsilli olmayan da əla bilir. Niyə imkan vermirlər? Biz əlimizdə olan dilbər güşələrimizin torpağından istifadə edə bilməyəndən sonra Qarabağın münbit torpaqlarını hansı üzlə geri arzulayırıq ki?

Bu minvalla irəliyə atılmağımız da ləngiyəcək. Bizə özünü camaata şirin satan Zahid Oruc, Hafiz Hacıyev kimilərin sözləri kar ola bilməz. Biqələmun effekti yaratmaq lazım deyil. Bizə iş yerlərində ixtisarları dayandıran, işsizlərin taleyinə ağlayanlar lazımdı. Hər gün camaatın çörəyi ilə oynayan “insan” istehsalına “dur” deyilməlidir!