Qeyd etmək lazımdır ki, 1-ci və 3-cü müalicə üsulları problemin müvvəqəti həlli hesab olunur və yalnız dərman qəbulu müddətində effektlidir, daim dərman qəbulu tələb edir.
Seks-terapiya ən təhlüksiz üsul hesab olunur, amma bəzi çatışmazlıqları da var. Bu çatışmazlıqlara effektin gec meydana çıxmasını və müalicədə cinsi partnyorun da iştirakının da tələb olunması aiddir.
Cərrahi müalicə qısa müddətdə arzuolunan effekti əldə etməyə imkan verir. Həm də, operasiyadan əvvəl həkim cərrahi əməliyyatın effektli olub-olmayacağını təyin edə bilir.
Yerli müalicə necə aparılır?
Bu müalicə üsulunda keyləşdirici (anestetik) dərmanlardan istifadə olunur. Bu metodun 2 forması var:
• Anestetik vurulmuş prezervativlərdən istifadə (“long love” prezervativləri)
• Anestetik saxlayan xüsusi gel və kremlərin birbaşa cinsi orqanın başına vurulması
Anastetiklər cinsi üzvü bir qədər keyləşdirərək, cinsi aktın davamiyyətini uzadır.
Seks-terapiya
Bu metod vaxtından qabaq qurtarmanın müalicəsində istifadə olunan, kompleks üsullar toplusudur, hansılar ki, eukulyasiyanın başlamasını nəzarətdə saxlamağa imkan verir. Bu üsul çox effektlidir və cinsi əlaqəni 10 dəqiqəyə qədər uzatmağa imkan verir.
Ən geniş yayılmış metod cinsi orqanın başının sıxılması və “start-stop” üsuludur. Birinci metodda eukulyasiyanın başlayacağını hiss edən kimi cinsi aktı müvəqqəti dayandırıb, cinsi orqanın başını bir qədər sıxıb buraxmağa əsaslanır. Bu qıcıqlanmanın bir qədər azalmasına və bir qədər sonra yenidən cinsi əlaqəyə başlayıb, növbəti qurtarma hissiyatına kimi davam etdirilir. Bunu bir neçə dəfə təkrarlamaq olar.
“Start-stop” üsulunda cinsi əlaqə qurtarma hissiyyatı yaranana kimi davam etdirilir, sonra dayanıb seksdən fikir yayındırılır. Sonra təzədən növbəti əlaqəyə başlayıb, pauzalarla davam etdirilir. Bu üsul əvvəllər nəticəsiz ola bilər, amma requlyar istifadə etdikdə 4-6 aydan sonra əla effekt verir. Əvvəllər bu metodun nəticəsiz olması pasientlərdə inanmsızlıq yaratmamalıdır.
Üsulun çatışmayan cəhəti odur ki, cinsi partnyorda buna anlayışlı yanaşmalıdır. Amma əksər vaxt bu mümkün olmur.
Dərmanlarla müalicə (farmakoterapiya)
Bəzi dərman preparatlarının(neyroleptiklər, benzidiazepin törəmələri, alfa-adrenoblokatorlar) vaxtından əvvəl qurtarmanın müalicəsində effektli olduğu çoxdan məlumdur. Lakin onların çoxlu yanaşı arzuolunmaz təsirləri olduğundan bu məqsədlə istifadə olunmur.
Hazırkı dövrdə vaxtından əvvəl eukulyasiyanın müalicəsində antidepressantlar qrupundan olan bəzi dərmanlar istifadə olunur. Bu preparatların effekti çox yüksəkdir, cinsi aktın davametmə müddətini 4-6 dəfə artırır.
Bu metodun mənfi cəhəti pasientin daimi psixoterapevt nəzarətində olmağa məcbur olmasıdır. Bu dərmanların qəbulunun dayandırılması cinsi aktın davamiyyətinin sürətlə azalmasına səbəb olur.
Cərrahi müalicə
Sünnət olunmayan insanlarda vaxtından əvvəl qurtarmanın müalicəsində pasientlərə sünnət olunmaq məsləhət görülür. Sünnət olunmuş şəxslərdə cinsi orqanın başı daim alt paltara sürtünməyə məruz qaldığından hissiyyatlılığı azalır, ona görə də vaxtından əvvəl qurtarma riski bir qədər azalmış olur. Sünnət olunmuşların cinsi əlaqəsi olunmayanlara nisbətən 2-3 dəfə davamiyyətli olur!
Digər bir cərrahi üsul cinsi orqan başının mikrocərrahi üsulla denervasiya (sinirsizləşdirilmə) olunmasıdır. Bu operasiya zamanı cinsi orqan başına gələn kiçik hissi sinirlər kəsilir. Bu isə cinsi orqan başının daimi keyləşmiş vəziyyətdə qalmasına səbəb olur. Bu halda cinsi aktın davametmə müddəti təxminən 30-40 dəqiqəyə qədər uzanır. Amma təqribən 6 aydan sonra kəsilmiş sinirlərin yerinə digərləri bərpa olunur və əvvəlki hissiyyat bərpa olunur. Beyində yaranmış dominant impuls sinirlər bərpa olduqdan sonra da cinsi aktın davamlı olmasına cavabdeh olur. Ancaq vaxt keçdikdən sonra tədricən cinsi aktın davametmə müddəti tədricən azalır.
Bu operasiya çox cüzi travmatik operasiya hesab olunur, pasientlərə reabilitasiya(bərpa olunma) tələb olunmur. Amma bu metod yeni olduğundan kifayət qədər dəqiq öyrənilməmişdir.
İnsan həyatda ən çox bir yeməkdən, bir də cinsi əlaqədən zövq alır. Özünüzü bu hissdən məhrum etməyin. Sağlam olun ! Bu mövzuda suallarınız varsa, buyurun...
Əvvəli burada
Nuri Arif