“Müasir şəhərlər və su təsərrüfatı” adlı tədbir keçirildi - Fotolar

muasir-seherler-ve-su-teserrufati-adli-tedbir-kecirildi
Oxunma sayı: 219

2026-cı il mayın 18-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi tərəfindən “Müasir şəhərlər və su təsərrüfatı” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müzakirədə Beynəlxalq Su İdarəetmə İnstitutunun Özbəkistan üzrə rəhbəri Barbara Janusz-Pawletta “Davamlı inkişaf strategiyasında transsərhəd suların idarəedilməsində əməkdaşlıqların rolu”, Türkiyənin İstanbul texnik Universitetinin professoru Bülent İnanç "Şəhərsalmanın yeni erasında su idarəetməsində: effektivlik, gəlir gətirməyən su sərfiyyatının azaldılması", Polşanın Mickiewicz Universitetinin professoru Çezary Madry "Polşada su ehtiyatlarının idarə olunmasında insan geoqrafiyasının perpektivi" mövzularında məruzələr ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi QHT Agentliyinin 2026-cı il üzrə “WUF13 ilə bağlı təşəbbüslər” istiqaməti üzrə “Müasir şəhərlər və su təsərrüfatı” layihəsinin qalibidir.