Astanada “Qızıl Orda” mövzusuna həsr olunmuş beynəlxalq simpozium - Fotolar

astanada-qizil-orda-movzusuna-hesr-olunmus-beynelxalq-simpozium
Oxunma sayı: 277

Qazaxıstanın paytaxtı Astanada 18–21 may 2026-cı il tarixlərində “Qızıl Orda” (Altın Orda) mövzusuna həsr olunmuş beynəlxalq simpozium işə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, tədbirin açılışında iştirak edən Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev Qızıl Orda (Uluğ Cuçi ulusu) irsinin bütün Avrasiyanın tarixi, mədəni və siyasi məkanının mühüm tərkib hissəsi olduğunu deyib.

Dövlət başçısı vurğulayıb ki, bu irsə qlobal səviyyədə yanaşma formalaşdırılmalı və Qızıl Ordanın dünya ictimaiyyətində qavranılması məhz Qazaxıstanla sıx bağlı olmalıdır.

Tokayev həmçinin qeyd edib ki, ölkədə bu istiqamətdə sistemli iş aparılır: " Qızıl Orda irsinin tədqiqatları artıq bir ölkənin  çərçivəsindən çıxıb, bir çox ölkələri əhatə edir".  

Tədbirdə həmçinin UNESKO-nun Ümumdünya İrs Mərrkəzinin direktoru  Lazare Eloundou Assaço çıxış edib. UNESCO rəsmisi qeyd edib ki, təşkilat Qızıl Orda irsinin qorunması, tədqiqi və beynəlxalq səviyyədə təşviqini dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, simpoziumda 20-dən çox ölkədən 300-dən artıq alim, tarixçi və tədqiqatçı iştirak edir. 

Simpoziumun keçirildiyi günlərdə Qızıl Ordanın tarixi, arxeologiyası, mədəniyyəti və kimliyi ilə bağlı müxtəlif panel müzakirələri keçiriləcək.