Millət vəkili xarici işləri naziri ilə görüşdü

millet-vekili-xarici-isleri-naziri-ile-gorusdu
Oxunma sayı: 700

“Qafqazinfo”nun məlumatına görə, parlament seçkilərində qalib gələn Makedoniya Milli Birlik Partiyasının (VMPO) əsas liderlərindən biri olan Xarici İşlər naziri Antonio Milososkini seçkilərdə qazandıqları uğur münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva qurulacaq yeni hökumətin Makedoniya-Azərbaycan münasibətlərinə xüsusi önəm verəcəyinə və ikitərəfli münasibətlərin, əməkdaşlığın genişləndirilməsi istiqamətində öz səylərini daha da artıracağına inandığını deyib. Millət vəkili Makedoniyanın Xarici İşlər nazirinə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar da verib və onu yaxın zamanlarda Bakıda görməkdən məmnun olacaqlarını bildirib.