Parlamentdə Aşuranı qeyd etmək təklif olundu

parlamentde-asurani-qeyd-etmek-teklif-olundu
Oxunma sayı: 647

Özgündüz qeyd edib ki, Kərbəla hadisəsinin baş verdiyi hicri təqvimin Məhərrəm ayı və bu ayın 10-cu günü xüsusi önəmə sahibdir: “Məhərrəm ayında ölkəmizdə yaşayan insanlar Kərbəla hadisəsini anmaq məqsədi ilə ta qədimdən bəri müxtəlif tədbirlər keçirir və Məhərrəm ayının 10-cu günü, yəni Aşura günündə ən sevdikləri insanları itirmiş kimi həmin günün mənasına uyğun olaraq matəmə qərq olurlar. Gündəlik fəaliyyətlərini tərk edib, İmam Hüseyn (ə) və onun yaxınlarını anmaq məqsədi ilə müxtəlif mərasimlər keçirilər. Buna görə də hicri təqvimilə Məhərrəm ayının 10-cu gününün rəsmi olaraq tətil elan edilməsi həmin günü qeyd edən milyonlarla vətəndaşımızın istəyini həyata keçirmiş olacaq”.

musavat.com