Qənimət Zahidə problem yaradılır

qenimet-zahide-problem-yaradilir
Oxunma sayı: 657

Nəticədə sayta giriş əhəmiyyətli dərəcədə məhdudlaşıb. Qəzetin rəhbərliyi bildirir ki, problem bir neçə gündür davam edir. Lakin sentyabrın 2-də vəziyyət daha da ağırlaşıb. Güclü kiberhücuma məruz qalan sayt demək olar ki, işlənməz hala gəlib. Sayta daxil olmaq həddən artıq ağırlaşıb və ya ümumiyyətlə mümkün olmayıb.

Müxtəlif ünvanlardan aparılan yoxlamalar problemin ayrı-ayrı provayderlərlə bağlı olmadığını, vahid mərkəzdən yaradıldığını deməyə əsas verir. Hiss olunur ki, saytın girişinə filtr tətbiq olunur. Bəzi provayderərdən (məsələn, data plus) isə sayta daxil olmaq ümumiyyətlə mümkün deyil.

Qəzet rəhbərliyi xatırladır ki, “Azadlıq”ın saytı bundan əvvəl də dəfələrlə haker hücumlarına məruz qalıb. Bir neçə dəfə sayt ümumiyyətlə dağıdılıb. Bunların arxasında Azərbaycan hakimiyyətinin xüsusi xidmət qruplarının dayandığına inanan qəzet rəhbərliyi baş verənlərlə bağlı hökumət orqanlarına müraciət etmək niyyətində deyil. Sadəcə problemi ictimailəşdirməklə kifayətlənməyə üstünlük verir.

Bundan başqa “Azadlıq”ın saytından məlumat və məqalələri “facebook” və “twitter” sosial şəbəkələrində normal qaydada paylaşmaq da olmur. Bu problem də sayta daxil olmaqla bağlı yaradılan problemlə eyni vaxta yaranıb.