“Radikal müxalifət” qəzeti planı hazırlanır

radikal-muxalifet-qezeti-plani-hazirlanir
Oxunma sayı: 1459

Bu barədə “Azadlıq”a məlumat verən qaynaq bildirir ki, 2000-ci illərin əvvəllərində nəşr olunan və sonradan çapını dayandıran tanınmış müxalifət qəzetlərindən birinin bərpası nəzərdə tutulub: “Kifayət qədər tanınmış redaktor və yazar korpusunun yaradılması, bir il müddətində kəskin tənqidi xəttin seçilməsi qəzet rəhbərliyinin qarşısına şərt kimi qoyulub. Seçkilərə az qalmış isə qəzetdən əsasən siyasi prosesləri hakimiyyətin xeyrinə yönləndirmək üçün istifadə edəcəklər. Yaradılacaq qəzetin əsas missiyalarından biri ölkənin iki ən güclü partiyası olan AXCP və Müsavat arasında problem yaratmağa cəhd olacaq”.
Qaynaq qəzetin gündəlik, 24 səhifə çap olunacağını söyləyir: “Bir müddətdən sonra qəzetin içində rus dili əlavəsinin də çap edilməsi nəzərdə tutulub”.
Qaynaq qəzetin rəhbərliyinə mətbuatda radikallığı ilə tanınan jurnalistlərdən birinin baş redaktorluğa gətirilməsinə çalışır: “Artıq müəyyən danışıqlar başlanılıb. Həmin redaktorla ilkin razılaşma da var. Yaxın zamanlarda qəzetin güclü piarı üçün ciddi işə başlanılacaq”.
Aldığımız məlumatlara görə, qəzetin əsas işlərindən biri də əsasən “Azadlıq”, “Yeni Müsavat” və “Bizim yol” qəzetlərində çalışan jurnalistləri və köşə yazarlarını “Radikal müxalifət”ə cəlb etməkdir. Qaynaq sonda bildirib ki, ilkin olaraq aşağıdakı jurnalistləri “ovlamaq” planı var: Şahvələd Çobanoğlu (“Azadlıq” qəzeti), Elnur Astanbəyli (“Azadlıq”), Pərviz Cəbrayıl (“Azadlıq”), Hüseynbala Səlimov (“Azadlıq”), Zamin Hacı (“Yeni Müsavat”), Xalid Kazımlı (“Yeni Müsavat”), Famil Cəfərli (“Yeni Müsavat”), Məmməd Süleymanov (“Bizim yol”), Azər Rəşidoğlu (“Bizim yol”), Natiq Cavadlı (“Bizim yol”), Hikmət Sabiroğlu (“Mediaforum” internet qəzeti), Seymur Həzi (“Azadlıq”), Vidadi Məmmədov (“Azadlıq”), Xədicə Ismayılova (“Azadlıq” radiosu), Rauf Mirqədirov (“Zerkalo”), Xaliq Bahadır (“Azadlıq”).

azadliq.info