Brilliant Dadaşova, qırmızı royal, qırmızı stullar və qırmızı şamlar...

brilliant-dadasova-qirmizi-royal-qirmizi-stullar-ve-qirmizi-samlar
Oxunma sayı: 729

“Qafqazinfo”nun məlumatına görə, iki hissəli konsertdə xalq artisti “Azərbaycanım”, “Xalqımın günləri”, “Novruzum”, “Ay qız kimin qızısan”, “Güldür məni” kimi sevilən mahnılarını ifa edib. Telekonsert Nozruz bayramı günlərində nümayiş ediləcək. Konsertin birinci hissəsi “Aləm gözəl”, ikinci hissəsi isə “Xalqımın günləri” adlanır. Konsertin quruluşçu rejissoru Etibar Babayev, rejissoru Elnur Məmmədovdur.

Konsertin redaktoru Vidadi Hüseynov bildirdi ki, Azərbaycan televiziyası bununla 2007-ci ildən başlayaraq altıncı dəfədir ki, Brilliant Dadaşovanın solo telekonsertini çəkir: “Xalq artistimizin ifasında olan mahnılar çox sevilir. Ona görə də zaman-zaman Brilliant xanımın tele-konsertlərini çəkirik. Ötən konsert açıq havada çəkmişdik. Amma bu dəfə çəkilişləri Azərbaycan televiziyasını texniki cəhətdən son avadanlıqlarla yenidən qurulmuş “Qarabağ” studiyasında çəkdik. Bu, televiziyamızın ən böyük studiyasıdır. Və Brilliant xanımın konserti üçün studiyamız maraqlı dekorasiya edilmişdi. Qırmızı royal, qırmızı stullar, qırmızı kiçik şamlar studiyamızı bəzəmişdi. 1 saatlıq konsertdə 270 xırda şam yandırıldı. Üç böyük ekranda isə mahnılara uyğun kadrlar yer almışdi. Brilliant xanım ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadacaq. Dekorasiyalarmız isə göz oxşayacaq”.