Samir Cavadzadə ölkədən qaçarkən həbs edildi

samir-cavadzade-olkeden-qacarken-hebs-edildi
Oxunma sayı: 660

Azərbaycanı “Eurovizion” yarışmasında təmsil edən Samir Cavadzadə ölkədən qaçarkən bu gecə sərhədçilər tərəfindən həbs edilib. Bu barədə “Qafqazinfo”ya olaraq prokurorluqdan məlumat daxil olub. Məlumata görə, S. Cavadzadəyə bir müddət əvvəl törətdiyi cinayət hadisəsi ilə bağlı ölkəni tərk etməmək haqqında xəbərdarlıq edilsə də, o qanunsuz yolla Azərbaycandan qaçmaq istəyib. Lkain sərhədçilər onun qaçmasına imkan verməyiblər. Və o, həbs edilərək hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, S. Cavadzadə bir müddət əvvəl dostu və otaq yoldaşı Elvin Hüseynova aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaq xəsarəti yetirib. Samir Cavadzadə ilk öncə törətdiyi əməli təkzib etsə də hüquq-mühafizə orqanlarının açıqlamasından sonra əməlini etiraf edib.