Şeyxülislam təhqir olundu

seyxulislam-tehqir-olundu-
Oxunma sayı: 789

Qarabağ Azadlıq Təşkilatı (QAT) Allahşükür Paşazadənin Ermənistana səfərini qətiyyətlə pisləyib. “Qafqazinfo”nun məlumatına görə, təşkilat erməni kilsəsi və katolikosunu Azərbaycana qarşı işğal və terror siyasətinin ilhamçısı, ideya rəhbəri, Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Malıbəyli, Ağdaban qətliamlarının əsas təşkilatçısı hesab edərək bu səfərə etirazını bildirib. QAT bildirib ki, on minlərlə azərbaycanlının qanına baiskar məhz erməni kilsəsidir və Allahşükür Paşazadənin bunları bilə-bilə erməni katolikosunun hüzuruna getməsinə heç bir bəraət yoxdur. QAT bəyan edib ki, hər gün cəbhədə əsgərlərimiz erməni gülləsinə tuş gəlir, Allahşükür Paşazadə isə bu qədər insanın qanının üzərindən keçib qatil katolikosun hüzuruna getməyinə heç nə ilə haqq qazandıra bilməz. Təşkilat qeyd edib ki, gərək A.Paşazadə də gürcü patriarxından nümunə götürərək bu səfərə getməyəydi: “O, bu səfərlə bütün Azərbaycan xalqını rəzil vəziyyətə qoydu. Allahşükür Paşazadə gərək oxuduğu Qurana əməl edəydi. “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz... Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yolundan azmışdır!” (əl-Mümtəhinə surəsi, 1-ci ayə). “Allah sizə... sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər”. (əl-Mümtəhinə, 9-cu ayə). “Təcavüzkarlıq edənlə... vuruşun!” (əl-Hucurat, 9-cu ayə). “Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun”. (əl-Bəqərə, 190-cı ayə). “Onları harda görsəniz öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın... Kafirlərin cəzası ancaq budur”. (əl-Bəqərə, 191-ci ayə). “Sizlərə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın”. (əl-Bəqərə, 194-cu ayə). Allahşükür Paşazadə bunları oxuyubmu, bilirmi və bilirsə nə üçün əməl etmir?! “Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər”. (Cumuə surəsi, 5-ci ayə). Quranı oxuyub ona əməl etməyənlərin...

“Allahşükür Paşazadə Allaha, Qurana deyil, şeytana xidmət edir... Belə bir adamın Azərbaycan dindarlarına rəhbərlik etməsi yolverilməzdir. Biz Azərbaycan möminlərini Allahşükür Paşazadə kimi dini rəhbərdən imtina etməyə çağırırıq”.

Qeyd edək ki, “Qafqazinfo” bəyanatda yer alan təhqiramiz ifadələri ixtisar edib.