Taksi sürücülərinə görə “dava” düşdü

taksi-suruculerine-gore-dava-dusdu
Oxunma sayı: 634

Təhlükəsizlik yastıqları, kəməri olmayan, nasaz, sürücüləri isə tərbiyəsiz olan bu maşınları ümumən istismardan çıxarmaq lazımdır.”

“Qafqazinfo”nun məlumatına görə, QHT təmçilçisi Zöhrab İsmayılın Facebook səhifəsində yazdığı bu status gərgin mübahisələrə səbəb olub. Jurnalit Esmira Cavadova sərt ittihamla status müəllifinə cavab verib: “Tərbiyəsiz niyə olurlar? İnsanları niyə təhqir edirsiniz? Tərbiyəsiz o maşınları ölkəyə buraxanlardır. Onlar tərbiyəsiz deyillər, sizdən fərqli olaraq çörəkləri qrantdan yox, köhnə maşından çıxanlardır. Bax, tərbiyəsizlik bundan sonra başlayacaq. Tərbiyəsiz adlardırdığınız bu zavallıların hüquqlarının müdafiəsi adı altında xarici təşkilatlardan qrant dilənməyə başlananda...”

Müzakirələrə xeyli insan qatılıb. Polemikalar hələ davam edir.