Bu dəfə 7 milyon qazanacaq - Fotolar

bu-defe-7-milyon-qazanacaq
Oxunma sayı: 2038

“Hadi be oğlum” filminin çəkilişləri üçün Antalyada olan Kıvanç Tatlıtuğ böyük bir müqaviləyə imza atib. 

“Qafqazinfo” xəbər verir ki, cins markasının reklamından 2 milyon 500 min dollar qazanan aktyor yeni bir şirkətlə əməkdaşlıq etməyə başlayıb. 

Tatlıtuğ “Coca Cola” şirkətinin Türkiyə üzrə siması seçilib. O, reklam çəkilişindən 2 milyon dollar ( 7 milyon 750 min TL) qonorar qazanıb. Aktyor çəkiliş üçün bu ayın sonunda kamera qarşısına keçəcək.