Bu ölkə bacarıqlı əcnəbilərə 10 illik viza verəcək

bu-olke-bacariqli-ecnebilere-10-illik-viza-verecek
Oxunma sayı: 2309

Çin rəhbərliyi elm adamları, layihə müəllifləri və texnologiya şirkətlərinin nümayəndələrinə 10 illik viza təklif edib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, bu addımla ölkəyə yeni bacarıqlı insanların cəlb edilməsi nəzərdə tutulub.

Viza müraciətləri internet üzərindən online şəkildə mümkün olacaq. Viza alacaq şəxslərə tək səfərdə 180 gün qalmağa icazə veriləcək. Ailəli şəxslər həyat yoldaşını və uşaqlarını da gətirə biləcəklər.

Qeyd edək ki, Çində 2016-cı ildən etibarən əcnəbi dəyərləndirmə sistemi tətbiq edilir. Buna əsasən Nobel mükafatçıları, uğurlu idmançılar, akademiklər, maliyyə mütəxəssisləri və digər kateqoriyadan olan bacarıqlı insanların ölkəyə cəlb olunur.