Bu quruma dövlət tərəfindən verilən maşınlarla bağlı qərar dəyişdi

Bu quruma dövlət tərəfindən verilən maşınlarla bağlı qərar dəyişdi
Oxunma sayı: 9581

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişiklik edib. 

“Qafqazinfo” xəbər verir ki, həmin qərardakı 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 30-cu hissəsi ləğv edilib.

Qeyd edək ki, həmin hissədə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi üçün dövlət tərəfindən 2 xidməti avtomobilin ayrılması nəzərdə tutulurdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi