“Buta Palace”ın yanında zəncirvari qəza - Yaralılar var

buta-palacein-yaninda-zencirvari-qeza
Oxunma sayı: 903

Bakıda zəncirvari yol qəzası baş verib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, qəza Aeroport yolunda, "Buta Palace" yaxınlığında, "Opel", "Mercedes" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və yol polisləri cəlb edilib. Qəza yolda tıxaca səbəb olub. Hazırda yol polisləri tıxacın aradan qaldırılması və yolda avtomobillərin hərəkətini təmin etməyə çalışır.