YAP-dan daha bir “2013” -açıqlaması

yap-dan-daha-bir-2013-aciqlamasi-
Oxunma sayı: 664

YAP-çı deputat, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bunu 2013-cü il prezident seçkilərində YAP-ın namizədinin kim olacağı ilə bağlı “Yeni Müsavat”ın sualına cavabında bildirib. “Ola bilərmi ki, İlham Əliyevin üçüncü dəfə namizəd olması Avropadan, demokratik təsisatlardan ölkəmizə təpkini artırsın” sualına gəldikdə, E.İbrahimov bunu istisna etməyib: “Təəssüf ki, bu gün Azərbaycanı istəməyən qüvvələr çoxdur. Hər bir şeyi bəhanə edib təpki göstərirlər. Təki Azərbaycan xalqı təpki göstərməsin, əsas məsələ budur. İlham Əliyevin gördüyü işlər göz qabağındadır və bütün dünya ölkədəki inkişafı görür. Ona görə də kiminsə təpkisindən nə Azərbaycan xalqı, nə də mən şəxsən Eldar İbrahimov kimi qorxmuram. Əminəm ki, xalqımız və YAP İlham Əliyevin ətrafında sıx birləşərək onu gələcəkdə də prezident görəcək. Yəqin ki, YAP-ın ikinci bir namizədi olmayacaq”.

Ancaq hakim partiyanın üzvü deyib ki, hələlik YAP-da konkret olaraq namizədliklə bağlı müzakirələr aparılmayıb: “Hələ vaxta iki il var”. E.İbrahimov eks-prezident Heydər Əliyevlə bağlı “Ümummilli lider haqqında” qanunun hazırlandığını da təsdiqləyib: “Bu barədə qanun bizim Hüquq siyasəti komitəsində hazırlanmalıdır. Hələ konkret bir məsələ yoxdur”.

musavat.com