Yüz rəngli Azərbaycan bayrağı

yuz-rengli-azerbaycan-bayragi
Oxunma sayı: 665

Bizim bayraqda Azərbaycan həqiqəti dedikcə gözəl ifadə olunub. Buradakı rənglər ona görə bir-birinə uyuşmazdır ki, elə üç bir-birinə uyuşmaz ideologiyanı nümayiş etdirir. Onların hər biri dünyanın hər yerində böyüyərək bütün bayraqları tutmaq arzusundadır. Onların hər biri o birilə əbədi savaşdadır. Dinçilik, millətçilik, solçuluq.

Kaş yaşıl böyüyərək o biri rənglərin yerini tutmasın, kaş mavi böyüyərək o birilərin yerini tutmasın, kaş qırmızı böyüyərək o birilərin yerini tutmasın. Onların üçü də eyni boyda, yanaşı olsunlar. Hətta mümkünsə, bayrağımıza daha çox rənglər əlavə olunsun. Özü də bir-birini vuran tünd rənglər. Bir-birilə yanaşı. Yüz rəngli bayrağınla məsud yaşa!