Cəfər Cabbarlının 120 illiyi qeyd olunacaq

cefer-cabbarlinin-120-illiyi-qeyd-olunacaq
Oxunma sayı: 1148

2019-cu ilin martında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. 

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.