Çindən bitkoinə daha bir zərbə

cinden-bitkoine-daha-bir-zerbe
Oxunma sayı: 1911

Çin hökuməti kriptovalyuta mübadiləsini və ICO-nu qadağan edəndən sonra maynerləri də qanundan kənar elan etməyi planlaşdırır.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bununla da bütün dünyadakı bitkoinlərin 25 faizini generasiya edən maynerlərin fəaliyyəti təhlükə altına düşüb.

Çinin internet maliyyə nizamlayıcısının internetdə maliyyə risklərin aradan qaldırılması üzrə fəaliyyət göstərən aparıcı qrupun memorandumuna əsasən bitkoin maynerləri Çindən getməlidirlər. Sözügedən qrupun ismarıcında qeyd olunub ki, maynerlər yüksək dərəcədə resurslar sərf edirlər və kriptovalyutaların spekulyasiyasını yaradırlar.

Həmin qrup elektroenerji istifadəsini milli səviyyədə nəzarətdə saxlamır. Lakin o, nüfuzlu siyasi alət kimi çıxış edir. Görünür, Çin hökuməti maynerləri bir sinif kimi təcrid etmək istəyir.

Hələ keçən həftə Çin hökumətinin kriptovalyuta tapılması üzrə fəaliyyət göstərən şirkətlərin saylarının azaldılması və maynerlərə elektroenerji verilməsində məhdudlaşdırma tədbirlərinin görülməsi barəsində xəbərlər yayılmışdı. Çox güman ki, bu cür tədbirlərdən qorxaraq Çin şirkətləri İslandiya, Kanada və ABŞ-da öz filiallarını fəaliyyətə verə bilərlər. Buna baxmayaraq, Çin siyasətində olan belə ciddi dəyişikliklər bitkoinə təsirsiz ötüşməyəcək.