Coca-Cola və Pepsidə spirt aşkar olundu

coca-cola-ve-pepside-spirt-askar-olundu
Oxunma sayı: 686

“Qafqazinfo” xəbər verir ki, tədqiqatlar ABŞ-ın Milli İstehlakçılar təşkilatın əməkdaşları tərəfindən aparılıb. Nəticədə məlum olub ki, qazlı-şirin içkilərin yarıdan çoxunda cüzi miqdarda spirt var. Bu cür içkilərə qazlı içkiləri dünya brendlərindən olan Pepsi Cola, Coca-cola da aiddir.

Tədqiqat müəllifləri elan ediblər ki, bu içkilərin tərkibində spirtin miqdarı təxminən 0.001% başqa sözlə desək, 1 litrdə 10mq-dır. Tədqiqatlara cavab olaraq, Pepsi rəsmiləri açıqlama veriblər ki, bu içkilərin reseptində spirt olmasa da, əlavə edilən inqridentlərdə spirt olması mümkündür.

Bu kimi içkilərdə spirtin olması çox vacib amildir. Buna 2 tərəfli yanaşmaq olar. İlk olaraq, cüzi miqdarda belə spirt bəzi dərman (bəzi antibiotiklər və qanı durulaşdıran preparatlar) qəbul edən insanlarda çox ciddi fəsadlara səbəb ola bilər. Digər tərəfdən ölkəmizdə insanların əksəriyyətinin islam dininə etiqad etdiyini nəzərə alsaq, bu onlar üçün çox yolverilməzdir. Hətta qeyd edək ki, orucluq zamanı iftarını Coca-cola ilə açan insanlar da var.

Yaranmış vəziyyətlə əlaqədar, qərara alınıb ki, bu içkilərin tərkibində spirt olduğu etiketlərində göstərilsin və spirtin miqdarı qeyd olunsun.

Arif Nuri