Daha bir futbolçumuz baş məşqçi oldu

daha-bir-futbolcumuz-bas-mesqci-oldu
Oxunma sayı: 647

Bu dəfə peşəkar idmançı doğma şəhərində baş məşqçi kimi çalışacaq. Belə ki, Gəncənin "Tərəqqi" futbol klubu Mahmud Qurbanovu komandaya baş məşqçi vəzifəsinə dəvət edib. “Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu klubun prezidenti Musa Abdullayev də təsdiq edib. Klub rəhbəri bildirib ki, Mahmudov çox peşəkar bir futbolçudur.

"İnanıriq ki, bir gəncəli kimi Mahmud bütün bilik və bacarığını komandamızın daha da yaxşı futbol oynamasına, yüksək yerləri tutaraq növbəti mövsümdə premyer liqaya vəsiqə qazanmasına sərf edəcək. Uzun illərdən sonra onu doğma şəhərinin komandasına qayıtması münasibətilə təbrik edirəm", - Abdullayev deyib.

Abdullayev əlavə edib ki, Qurbanovla hələlik bir illik razılaşma əldə olunub. Əgər o özünü əməli işi ilə doğrultsa, onda müqaviləyə yenidən baxılacaq.