DAK nümayəndəsi adam öldürdü

dak-numayendesi-adam-oldurdu
Oxunma sayı: 711

Nəsimi rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu tapança ilə qətlə yetirib. O, artıq polis tərəfindən saxlanılıb. N.Orucov deputatlığa keçmiş namizəddir. O, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir.

Hadisə Seyidzadə 3 ünvanındakı ofisdə törədilib. O, R.Rüstəmova tapançadan bir neçə atəş açıb.