“Dekabrın 6-da həbsxanaya qoşun yeridildi”

dekabrin-6-da-hebsxanaya-qosun-yeridildi
Oxunma sayı: 640

O, bildirdi ki, bundan sonra da hüquq müdafiəçiliyi ilə bağlı ona müraciət edən olsa, yenədə onlara köməklik edəcək. T.Xasməmmədov 17 saylı CM-də baş verənlərdən də danışdı: "Hər şey dekabrın 6-da Cəzaçəkmə Müəssisəsinə qoşun yeridilməsindən başladı. Penitensiar Xidmətin İmran adlı rəis mavininin rəhbərliyi ilə ora təxminən 400-500 əsgər yeridildi. Onların arasında xüsusi təyinatlılarda var idi. Bu əməliyyat zamanı 50-yə yaxın məhkum döyüldü. Onlardan dördünün vəziyyəti ağır idi. Əsgərlər CM-də yerləşən 4 korpusa daxil olaraq məhkumları döyüb, axtarış aparırdılar. Əgərlər Nemət Pənahlının olduğu korpusdakı məhkumlara daha çox təzyiq ediblər. Bildiyimə görə, Nemət Pənahlı məhkumların əsgərlər tərəfindən döyülməsinə etiraz edib. Nemət Pənahlının bu hərəkəti isə əsgərlərə rəhbərlik edən İmran adlı rəis müavininin xoşuna gəlməyib və göstəriş verib ki, onu cərimə təcridxanasına salsınlar. Nemət bəy 19 gün aclıq aksiyası keçirdi. Srağagün onunla görüşdüm. O xeyli arıqlayıb, səhhətində problemlər var". Əsgərlərin CM-yə yeridilməsinin səbəblərinə gəlincə T.Xasməmmədov buna heç bir ehtiyacın olmadığını, sadəcə bəhanə edərək ora qoşun yeridildiyini bildirdi: "Qoşunun müəssisəyə yeridilməsinə heç bir səbəb yox idi. Sadəcə qoşunun ora yeridilməsinə bəhanə var idi. Orada şəxsi münasibətlər zəminində iki məhkum incidilmişdi. Bunuda müəssisə əməkdaşları yoluna qoya bilərdilər. Amma bu məsələdən istifadə edib, ora qoşun yeritdilər və məhkumları döydülər. Orada kriminal vəziyyətlə bağlı heç bir qarşudurma və qiyam olmayıb". CM-də vəziyyətin get-gedə pisləşdiyini deyən T.Xasməmmədov özünə qarşı münasibətin normal olduğunu bildirdi: "Mənə qarşı münasibət normal idi. Bununda səbəbləri var. Orada siyasi məhbuslara qarşı ehtiyatlı davranırlar. Amma ümumilikdə Cəzaçəkmə Müəssisələrində vəziyyət pisləşməyə doğru gedir. Bu proses son bir neçə ayda baş verir. Yəni Cəzaçəkmə Müəssisələrində vəziyyət əvvəlki vaxtlara qayıdır. Rüşvətxorluq, işgəncələr get-gedə artıq".

Qeyd edək ki, T.Xasməmmədov CM-nin qarşısında "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı koordinatorları Oqtay Gülalıyev, Elşən Həsənov və İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov qarşılayıblar. R.Cəfərov gozetci.az portalına bildirdi ki, onlar N.Pənahlı ilə görüşmək istəyiblər, amma buna imkan verilməyib: "Oqtay bəy, Elşən bəy və mən Nemət Pənahlı ilə görüşmək və onun vəziyyəti ilə yerindəcə tanış olmaq üçün CM-nin rəis müavininə müraciət etdik. Bizim Nemət Pənahlı ilə görüşməyimizi biləndə bizimlə danışmaqdan da yayındılar".