“Dollardan imtina edilməsi ABŞ-ı zəiflədəcək” - Lavrovdan ABŞ-a gözdağı

dollardan-imtina-edilmesi-abs-i-zeifledecek
Oxunma sayı: 3486

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə ölkənin ABŞ dollarından imtina etməsinin ABŞ-ı zəiflədəcəyini bildirib.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, Lavrov ABŞ-ın qlobal valyuta və maliyyə sistemində dollardan sui-istifadə etdiyi üçün digər ölkələrin də qabaqlayıcı tədbirlər gördüyünü söyləyib:

“Gələcəyini düşünən bütün ölkələr bu asılılıqdan çıxmaq üçün yollar axtarmağa başlayıblar. Bu proses davam edəcək və nəticədə ABŞ-ın təsiri azalacaq”.

Lavrov dollardan çox asılı olmamaq üçün bu valyuta ilə açılan bank hesablarında digər valyutaların istifadəsinin yaxşı alternativ olduğunu da sözlərinə əlavə edib.