Donetskdəki partlayışda xəsarət alanların sayı açıqlandı

donetskdeki-partlayisda-xesaret-alanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1757

Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun ölümü ilə nəticələnən partlayışda xəsarət alanların sayı açıqlanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları partlayışda 11 nəfər ölən və yaralananın olduğunu bildirib. Ölən və yaralananların sayı ayrı-ayrılıqda açıqlanmır.  

Xatırladaq ki, ötən gün “Separ” restoranında törədilmiş partlayış nəticəsində qondarma DXR-in vergilər naziri Aleksandr Timofeyev də ağır yaralanıb.