Dünya ulduzları Vüqar Həşimova görə bir araya yığışır

dunya-ulduzlari-vuqar-hesimova-gore-bir-araya-yigisir
Oxunma sayı: 1393


“Qafqazinfo” “musavat.com”a istinadən xəbər verir ki,  beynəlxalq turnir Aprel ayında keçiriləcək. Artıq mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adı dəqiqləşib. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), beynəlxalq reytinq siyahısında 5-ci olan Fabiano Karuana (İtaliya), FİDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan Hikaru Nakamura (ABŞ), 9-cu pillədə olan Sergey Karyakin (Rusiya), o cümlədən azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (11-ci) Teymur Rəcəbov (34-cü) iştirak edəcək. “A” turnirinin mükafat fondu 100 min avro təşkil edir.

“B” turnirində 10 şahmatçı mübarizə aparacaq. Mükafat fondu 30 min avro olan “B” turnirində iştirak edəcək şahmatçılar bunlardır: Eltac Səfərli, Nicat Abbasov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durabəyli (hamısı Azərbaycan), Van Xao (Çin, 2734), Pavel Elyanov (Ukrayna, 2732), Etyen Bakro (Fransa, 2726), Radoslav Vojtaszek (Polşa, 2718) və bu günlərdə fərdi Avropa çempionatının qalibi olan Aleksandr Motılyov (Rusiya, 2685).