Dünyanın ən dik funikulyoru istifadəyə verildi - Video

dunyanin-en-dik-funikulyoru-istifadeye-verildi
Oxunma sayı: 2449

İsveçrədə dünyanın ən dik funikulyor xətti açılıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, funikulyor sərnişinləri dağın 1300 metr hündürlüyünə qədər aparacaq.

Vaqon 1720 metr uzunluğundakı yolu 4 dəqiqəyə gedir və sərnişinləri Stoos turizm kəndinə aparır.

Qeyd edək ki, 2013-cü ildən inşasına start verilən və 4 il ərzində tikilən funikulyor xəttinə 45 milyon dollar xərclənib.