“El-Klassiko” finalına doğru

el-klassiko-finalina-dogru
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yarımfinala son iki vəsiqəni “Real Madrid” və “Çelsi” qazanıb.
Madrid təmsilçisi səfər oyununda 3 top fərqi ilə qalib gəldiyindən cavab görüşü formallığa çevrilmişdi. Tərəflərin 7 dəfə fərqləndiyi matç “kral klubunun” 5:2 hesablı qələbəsi ilə bitib.
“Çelsi” isə “Benfika” ilə qarşılaşıb. Gərgin keçən görüş “zadəganlar”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 2:1.

23:45. "Real" (Madrid, İspaniya) - APOEL (Kipr) (ilk oyun - 3:0) - 5:2
Qollar: Ronaldo, 26 (1:0), 75 (3:1), Kaka, 37 (2:0), Manduka, 67 (2:1), Kallehon, 80 (4:1), Solari, 82-pen (4:2), Di Mariya, 84 (5:2)

23:45. "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) (ilk oyun - 1:0) - 2:1
Qollar: Lempard, 21-pen (1:0), Qarsiya, 85 (1:1), Meyreleş, 90+2 (2:1)
Qırmızı vərəqə: Maksimiliano Pereyra, 40

Beləliklə, yarımfinal mərhələsində “Bavariya” ilə “Real”, “Çelsi” ilə “Barselona” üz-üzə gələcək. Birincilər ilk oyunu evdə keçirəcək.

Ceyhun Əhmədov