Ərdoğan Medvedyevdən öndədir

erdogan-medvedyevden-ondedir
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, siyahıya ABŞ prezidenti Barak Obama başçılıq edir. Dünyanın ən nüfuzlu şəxsləri sırasında ikinci və üçüncü yerləri isə Rusiyanın baş naziri Vladimir Putin və KXR-nın rəhbəri Xu Çzintao paylaşıblar. Növbəti sıralamalarda AFR-nın kansleri Anqela Merkel və Microsoftun qurucusu Bill Qeyts qərarlaşıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 48-ci, Rusiya prezidenti D.Medvedyev isə 59 sırada yer alıb.

Reytinq cədvəlində dini liderlər də qərarlaşıblar. Belə ki, Roma papası 16-cı Benedikt 7-ci, Tibet buddistlərinin dini lideri Dalay Lama isə 51-ci yerdədir. Nüfuzlu şəxslərin siyahısında 70-ci, sonuncu yerdə rusiyalı sahibkar Alişer Usmanovun adı çəkilib.
Səidə