“Ərəb ölkələrinin şərtlərini araşdırıb, cavab verəcəyik” - Qətər XİN

ereb-olkelerinin-sertlerini-arasdirib-cavab-vereceyik
Oxunma sayı: 646

“Qətər münasibətlərin bərpası üçün ərəb dövlətlərinin irəli sürdüyü şərtləri araşdırır və onlara rəsmi qaydada cavab verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalının Qətərin Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumatda deyilir.

XİN bəyanatında tezliklə cavabın hazırlanacağı və vasitəçilik missiyasını üzərinə götürmüş Küveytə veriləcəyi qeyd edilib.  

Qeyd edək ki, ərəb ölkələri münasibətlərin bərpası üçün Dohaya 13 şərt irəli sürüb. Onların arasında İranla diplomatik münasibətlərin səviyyəsinin azaldılması, Türkiyə ilə hərbi əməkdaşlığın dayandırılması və bu ölkəyə məxsus hərbi bazanın ləğv edilməsi, həmçinin “Əl Cəzirə” telekanalının bağlanması da var.  Tələb olunan şərtlərin yerinə yetirilməsi üçün 10 gün vaxt verilib.