Əsgərimiz hospitalda vəfat etdi

esgerimiz-hospitalda-vefat-etdi
Oxunma sayı: 646

Hərbi mənbənin Trend-ə verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü, müddətdən artıq hərbi qulluqçu Cəfərov Anar Qəzənfər oğlu dünən Bakıdakı Mərkəzi Hospitalda dünyasını dəyişib.

Məlumata görə, o bir neçə gün öncə xidmət etdiyi Tərtər rayonundakı N saylı hərbi hissədə baş vermiş partlayışda ağır xəsarət alıb və hospitala yerləşdirilib.

Cəfərov 2008-ci ildən hərbi ximətdədir və Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.