Evdən 41 min oğurlayan Mehriban 5-ci dəfə ana oldu - Cəzası təxirə düşdü

evden-41-min-ogurlayan-mehriban-5-ci-defe-ana-oldu
Oxunma sayı: 3353

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində BDU professoru Aidə İbrahimovanın evindən 41 min manat oğurlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyev elan edib ki, məhkəmə prosesində M.Quliyevanın 5-ci dəfə ana olması bəlli olub. O, 2017-ci il dekabrın 30-da 5-ci övladını dünyaya gətirib. Onun hamiləlikdən əvvəl də xəstəlikdən müalicə aldığı elan edilib.

Son söz deyən M.Quliyeva peşman olduğunu bildirib: "Oğurladığımı qaytarmışam. Xahiş edirəm ki, məni bağışlasınlar". 

Məhkəmə kollegiyasının hökmü ilə M.Quliyevanın 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun sonuncu övladı 14 yaşına çatana kimi hökmün icrası təxirə salınıb. İstintaq zamanı azadlıqda olan M.Quliyeva sərbəst buraxılıb. 

Ötən iclasda dövlət ittihamçısı çıxış edərək M.Quliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

M.Quliyeva, istintaq dövründə A.İbrahimovaya 7 min manat qaytarıb. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Murad Əhməd